İsrail dəhşətli silah yaratdı: Şua ilə yandırılır
15.04.2022Hakimiyyet.info.az xəbər verir ki, İsraildə raketləri və PUA-ları lazer vasitəsilə zərərsizləşdirən “Dəmir Şüa” (Iron Beam) sisteminin sınaqları uğurla başa çatıb.
Bu sistemi İsrailin dünyaca məşhur “Rafael Advanced Defense Systems” şirkəti yaradıb. Qeyd edək ki, “Dəmir qübbə” (Iron Dome) HHM kompleksi də həmin firmanın məhsuludur.
“Dəmir Şüa” sistemi “Dəmir Qübbə”nin, yaxud İsrailin digər məşhur HHM kompleksi olan “Davud Qalxanı”nın (David’s Sling), eləcə də “Spyder” mobil qurğularının alternativi deyil, əksinə, onları tamamlamaq üçün nəzərdə tutulub. O, kiçik hədəfləri, minomyot mərmilərini zərərsizləşdirməyə xidmət edəcək. Daha böyük hədəflər isə raketlərlə atəş açan və işi baha başa gələn HHM sistemlərinin öhdəsində qalmaqda davam edir.











