“Moskva” raket kreyseri batıb – Rusiya MN
15.04.2022“Moskva” raket kreyseri təyinat limanına çəkilməsi zamanı fırtınalı dəniz şəraitində batıb. Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
“Moskva” kreyserində döyüş sursatının partlaması səbəbilə baş verən yanğın nəticəsində gövdə zədələnib. Bununla bağlı gəmi təyinat limanına çəkilməsi zamanı dayanaqlılığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, – deyə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən əlavə edilib ki, kreyserin heyəti ərazidə olan digər gəmilərə təxliyə edilib.











