Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

25.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri Ursula fon der Lyayen və Şarl Mişel Emmanuel Makronu Fransada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

Bu barədə Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri öz “Twitter” səhifələrində yazıblar.

“Hörmətli Emmanuel Makron, yenidən respublikanın prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Mən əla əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. Biz birlikdə Fransanı və Avropanı irəli aparacağıq”, – deyə Ursula fon der Lyayen bildirib.

“Sizi səmimi qəlbdən təbrik edirəm, hörmətli Emmanuel Makron. Bu çətin zamanlarda bizə vahid Avropa və daha suveren və strateji Aİ-yə tam sadiq olan Fransa lazımdır. Biz Fransaya daha beş il ümid edə bilərik”, – deyə Şarl Mişel bildirib.|Trend

Share