Türkiyə ordusu Suriyada 7 terrorçunu məhv edib
25.04.2022Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında 7 YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusunu məhv edib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər. Məlumata əsasən, terrorçular “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları zonasında məhv edilib. Bildirilib ki, PKK/YPG silahlıları Türkiyə ordusunun nəzarətində olan ərazilərdə atəş açıb./Trend
“HAKİMİYYƏT” qəzeti











