Aİ Azərbaycan – Ermənistan münasibətlərində sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini davam etdirəcək

Aİ Azərbaycan – Ermənistan münasibətlərində sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini davam etdirəcək

12.05.2022 Off By Füzuli İsmayılov

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərdə sülh və təhlükəsizliyin yaradılmasına dəstəyini davam etdirəcək.

Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ Nümayəndəliyinin Avropa Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.

Onun sözlərinə görə, bu prosesin başlanğıcını Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında əvvəlki görüşlərdə Aİ Şurasının prezidenti Şarl Mişel qoyub.

“Bununla yanaşı, Aİ minaların təmizlənməsi və effektiv hökumət dəstəyi mexanizmlərinin yaradılması prosesində Azərbaycana dəstək verir. Aİ sülhü dəstəkləyir və sülh platforması kimi tanınır”, – səfir bildirib.

Mixalko Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı da qeyd edib.

“Bu baxımdan, rəqəmsal transformasiya və yaşıl enerjiyə keçidlə bağlı layihələrimiz var. Avropa ölkələri Azərbaycanda yeni layihələri səbirsizliklə gözləyir. Buna perspektivli Cənub Qaz Dəhlizi layihəsinin yaradılması, eləcə də alternativ enerji sahəsində ölkənin böyük potensialı kömək edir”, – o deyib./Trend

Share