Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

16.05.2022 Off By Füzuli İsmayılov

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib. Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib. Sərnişinlərin hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola salınacaqları bildirilib.

“HAKİMİYYƏT” qəzeti

Share