Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”

Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”

23.05.2022 Off By Füzuli İsmayılov

Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir. Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.

Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə edib
İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb
O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyə qarşı atılan addımlar qəbul edilməyəcək. Ərdoğan əlavə edib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.

“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək./Apa

Share