İranda bina çöküb, 6 nəfər ölüb, 29 nəfər yaralanıb

İranda bina çöküb, 6 nəfər ölüb, 29 nəfər yaralanıb

23.05.2022 Off By Füzuli İsmayılov

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanlar var. Dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir. Ölənlərin sayı 6 nəfərə çatıb, 29 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Çökən binanın ətrafındakı ərazilərdən sakinlərin təxliyəsi aparılır. Vilayət qubernatoru ölən və yaralananların sayının daha çox ola biləcəyini qeyd edib.

Share