İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib

24.05.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb. Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.

Share