Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıdıb
23.05.2022Hakimiyyet.info.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.











