Göyçay sakinini qatar vurub

Göyçay sakinini qatar vurub

22.06.2022 Off By Füzuli İsmayılov

Ucar rayon prokurorluğundan Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, iyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olmuşdur.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Share