Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib
22.06.2022Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – deyəNazirliyin rəsmi “Twitter” hesabında bildirirlir.
Qeyd edək ki, Əfqanıstanda ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı min nəfərə çatıb.











