Azərbaycanın tarixi yer adları yazılacaq

Azərbaycanın tarixi yer adları yazılacaq

20.07.2022 Off By Füzuli İsmayılov

Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası dəyişir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Dəyişikliyə əsasən, artıq xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verəcək. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndəriləcək.

Share