Rişi Sunak və Liz Tras Britaniyanın baş naziri postu uğrunda mübarizə aparacaqlar
20.07.2022Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Tras krallığın Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri postu uğrunda yarışda qalıblar. Bunu seçkilərin yekun turunun nəticələri müəyyən edib. Səsvermənin nəticələrini “komitə 1922” (Böyük Britaniya İcmalar Palatasındaki Mühafizəkarlar Partiyasından parlament qrupu) adlandırılan qurumun rəhbəri ser Qrem Bredi “Sky News” telekanalında açıqlayıb.











