Tanınmış pedaqoq Aliyə Təhmasib dünyasını dəyişib

Tanınmış pedaqoq Aliyə Təhmasib dünyasını dəyişib

01.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycanın tanınmış pedaqoqu, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.

Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uzun illər 132 nömrəli məktəbə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında Aliyə müəllim təhsilin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü idi.

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanan 132 saylı məktəbin açılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb.

O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.

Allah rəhmət eləsin!

Share