Vətən Müharibəsinin şəhidi Azər Mikayılovun doğum günüdür

Vətən Müharibəsinin şəhidi Azər Mikayılovun doğum günüdür

01.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bu gün Rəşadətli Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Vətən Müharibəsi şəhidi, mayor Azər Əmrah oğlu Mikayılovun doğum günüdür.

Azər Əmrah oğlu Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində ziyalı ailədə anadan olub. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhadətə ucalıb.

Şəhid mayor Azər Mikayılovun anım mərasimi keçirilib - FOTOLAR- koordinat.az

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən “Qarabağ ordeni”, “Vətən uğrunda və “Füzulinin azad olunması” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Share