Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb

10.08.2022 Off By Füzuli İsmayılov

Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində baş verib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb./AZƏRTAC

Share