Azərbaycanın daha bir sərbəst güləşçisi İslamiadanın qalibi oldu

Azərbaycanın daha bir sərbəst güləşçisi İslamiadanın qalibi oldu

10.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. T.Bayramov iranlı güləşçi Firuzpur Məhəmmədsadığa 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Share