Azərbaycan kikboksçusu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
18.08.2022Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Finala yüksələn digər Azərbaycan təmsilçisi Rəhim Əliyev gümüş medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.











