Bəxtiyar Qarayev təqsirləndirilən şəxs qismində həbs edilib

Bəxtiyar Qarayev təqsirləndirilən şəxs qismində həbs edilib

18.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Share