Həyat yoldaşı ilə görüşməyə qumbarayla gəlib
24.08.2022Hakimiyyet.info.az xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini qısqanclıq zəminində 12 il əvvəl ailəsindən boşanan İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüşməyi tələb edib.
Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlər nəticəsində həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılmasına imkan vermədən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur.
Qeyd edək ki, hadisəni törədən İ.Nəcəfovun birgə nigahdan 3 övladı var.











