Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

24.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında liderlər qrupunda mübarizəni davam etdirirlər.

Təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 4 turda 3,5 xal toplayaraq 1-8-ci yerləri bölüşürlər.

Komandamızın digər üzvləri Ləman Hacıyeva 3, Gövhər Beydullayeva 2,5, Səbinə İbrahimova və Xanım Balacayeva 2 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Share