Magistral su kəmərində qəza olub

Magistral su kəmərində qəza olub

08.09.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Share