Elşad Abdullayevdən ŞOK iddia: Mahirin ogurlanması cinayətini Müstəqil İstintaq Komissiyasının rəhbəri Elmar Camalov ört-basdır etdi…

Elşad Abdullayevdən ŞOK iddia: Mahirin ogurlanması cinayətini Müstəqil İstintaq Komissiyasının rəhbəri Elmar Camalov ört-basdır etdi…

08.09.2022 Off By Füzuli İsmayılov

Bir neçə müddətdir ki, ölkə gündəmini maraq dairəsində saxlayan, müəmmalı bir cinayət işinin açılmaması təəccüb və heyrətləndirici fakta çevrilib. Hazırda fəaliyyəti əsaslı səbəblər göstərilmədən dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin milli Təhlükəsizlik Nazirliyində işləyən qardaşı, Xüsusi Xidmət orqanının polkovnik-leytenantı Mahir Abdullayevin oğurlanması cinayəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05.10.2012-ci il tarixli xüsusi sərəncamı ilə istintaq orqanlarına tapşırılsa da nəticə yoxdur. Bu günlə Elşad Abdullayev Fransada mühacirətdə olduğunu bildirərək qardaşı Mahir Abdullayevin ölkədə cinayətkar şəbəkəyə rəhbərlik edən, Azərbaycan Prezidentinin sabiq Aparat rəhbəri, ölkədə qalmaqallı sima kimi tanınan Ramiz Mehdiyevin sifariş və rəhbərliyi əsasında həyata keşirildiyi bəyan edilir. Əfsuslar olsun ki, bütün bu iddialara Ramiz Mehdiyev bircə dəfə də olsun rəy bildirməmiş, istintaq orqanları tərəfindən dindirilməmişdir. Elşad Abdullayev redaksiyaya müraciətində bildirib ki, Mahir Abdullayevin ogurlanması cinayət işi üzrə Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyasının (MİK) rəhbəri Elmar Camalov təyin edilmişdir. Lakin, MİK-in rəhbəri Elmar Camalov Ramiz Mehdiyevin göstərişi əsasında vəzifəsindən sui-istifadə edərək Mahir Abdullayevin ogurlanması cinayətini bilə-bilə ört-basdır etmişdir. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Mahir Abdullayevi ogurlanması cinayət işi üzrə 05.10.2012-ci il tarixli xüsusi sərəncamını bilə-bilə yerinə yetirmədi. Azərbaycan Prezident Admnistarssiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə bu “Cinayətkar xidmətinə” görə Mahir Abdullayevi ogurlanması cinayət işini ört-basdır etdiyinə görə Şəki Rayon prokuroru təyin edilmişdi, hazırda Azərbaycan Respublikası Baş Prokurorunun müavinidir…

“HAKİMİYYƏT” qəzeti

Share