Samur-Abşeron kanalında Quba sakininin meyiti aşkarlanıb
19.09.2022Hakimiyyet.info.az xəbər verir ki, Samur-Abşeron kanalının Quba rayonunun Gədikqışlaq kəndindən keçən hissəsində kişi meyiti tapılıb. Araşdırmalarla həmin şəxsin rayonun Paşaoba kənd sakini, 55 yaşlı Güloğlan Gülbaba oğlu Məmmədrzayev olduğu müəyyənləşib. G.Məmmədrzayevin hansı şəraitdə kanala düşdüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır./AZƏRTAC











