Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edəcək
20.09.2022Milli Məclisdə bir neçə beynəlxalq sənədin təsdiq edilməsi müzakirəyə çıxarılır.
Trend-in məlumatına görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 23-də keçiriləcək iclasının gündəliyinə “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.
Sənədlərin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur.











