Bakıda birəsrlik qəzalı bina

Bakıda birəsrlik qəzalı bina

20.09.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Xətai rayonu Zığ yolu 27 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir. Bununla bağlı sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bina hər an uça bilər:

“Öz evimizdə qorxa-qorxa yaşayarıq. Bu bina 94 il əvvəl tikilib. İstismar müddəti çoxdan başa çatıb”, – onlar bildirib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Trend-ə bildirib ki, rayonda 99 qəzalı bina var.

Şöbə müdiri bildirib ki, bir neçə ay bundan qabaq bütün qəzalı binalara yerində baxış keçirilib.

“Biz səlahiyyətimiz çərçivəsində bütün işləri görürük.Qəzalı binalar barədə məlumatlar toplanılaraq müvafiq qurumlara bildirilib. Göstəriş gəldiyi halda bina ilə bağlı tədbir görüləcək”, – deyə P.İmanov bildirib.

Share