Kürdəmirdə şəhidlərin xatirəsi anıldı

Kürdəmirdə şəhidlərin xatirəsi anıldı

24.09.2022 Off By Füzuli İsmayılov

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimiz ölkənin yerində olduğu kimi Kürdəmir rayonunun müəssisə və təşkilatlarında, məktəb və mədəniyyət ocaqlarında da hörmət və ehtiramla anılır. Bu tədbir rayonun 1 saylı tam orta məktəbində şəhid analarının iştirakı ilə keçirilib. Tədbirdə rayon ictimaiyyəti, KİV nümayəndələri və məktəblilər iştirak edib. Şəhidlər haqqında xatirələr dinlənildikdən sonra məktəblilərin ədəbi-bədii kompazisiyası izləyənlər tərəfindən maraqla qarşılanıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Dəyanət Kərimov,

“HAKİMİYYƏT” qəzetinin bölgə müxbiri

Share