Jurnalistlərin VIII qurultayından bəzi məqamlar:- MŞ İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Jurnalistlərin VIII qurultayından bəzi məqamlar:- MŞ İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

24.09.2022 Off By Füzuli İsmayılov

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

“Report”un xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

Həmçinin Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

“HAKİMİYYƏT” qəzeti

Share