ŞƏHİDLƏRİMİZ FƏXARƏTLƏ ANILIR-Kürdəmirdən reportaj
06.10.202244 Günlük müharibənin Qələbə ilə başa çatmasında, erməni vandalları tərəfindən işğal edilmiş dilbər güşəli Qarabağımızın azad edilməsində düşmənə əməlincə dərs verən müzəffər ordumuzun igid əsgərləri layiqli hörmət və məhəbbətə layiqdirlər. Onların şücaəti bütün xalqımıza ruh və əzəmət bəxş etdi. Şübhəsiz ki, Zəfər savaşında ordumuz igid döyüşçülərindən qurbanlar-Şəhidlər verdi.
Torpaq üstündə ölən şəhidlərimizin bizə əmanət qalan ailə üzvləri və yaralanan qazilərimiz hər zaman dövlətin qayğısındadır. Zəfər Gününün 2-ci idönümü yaxınlaşdıqca ölkə rəhbərinin tapşırığı əsasında respublikamızın hər yerində şəhidlərimizin məzarları ziyarət olunur, xatirəsi məhəbbətlə yad edilir. Belə tədbirlərdən biri də Kürdəmir rayonunda həyata keçirilib. Rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri rayonun şəhidlərindən biri- Həşimli Cəmilin məzarının ziyarətiylə baş tutub. Tədbirdə iştirak edər RİH başçısı Elxan İbrahimov şəhidin yaxınlarıyla birgə məzarı ziyarət edərək çıxışında: “Şəhidlərimizin ölməz ruhu qarşısında əbədi borcluyuq, onları ehtiram və hörmətlə yad edirik”-deyərək bir daha şəhid analarına, onların ailə üzvlərinə səbr diləyib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Dəyanət Kərimov,
“HAKİMİYYƏT” qəzetinin xüsusi müxbiri













