Qubadlının sabiq başçısı Elxan Nuriyev barəsində axtarış elan edilmişdir
06.10.2022Baş Prokurorluğun Mətbuat xidmətindən “HAKİMİYYƏT” qəzetinə və Hakimiyyet.info.az-a daxil olmuş məlumatda bildirilir ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir.
02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılmışdır. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir.











