İlqar Səfərov: 1994-2020-ci illər atəşkəs dövründə 400 hərbçi və 31 mülki şəxs öldürülüb

İlqar Səfərov: 1994-2020-ci illər atəşkəs dövründə 400 hərbçi və 31 mülki şəxs öldürülüb

06.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı bildirib ki, 12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb. .

O bildirib ki, qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir.
“Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib.

Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib”,- İ.Səfərov bildirib.

Share