Norveç və Azərbaycan Avropanın ümid etdiyi iki ölkədir – Çexiyanın baş naziri

Norveç və Azərbaycan Avropanın ümid etdiyi iki ölkədir – Çexiyanın baş naziri

07.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala Aİ-27 qeyri-rəsmi sammitinin və Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Norveç və Azərbaycan Avropanın Rusiya neftindən asılılığını azaltmaq cəhdində ümid etdiyi iki ölkədir,-deyib.

P.Fialanın sözlərinə görə, Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlərdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

O qeyd edib ki, Avropa ölkələri Rusiyadan enerji təchizatından asılılığı azaltmaq üçün addımlar atarkən, Norveç və Azərbaycan Avropanın ümid etdiyi iki ölkədir.

“Bu ölkələr bu mənada çox önəmlidir”, – deyə Çexiyanın baş naziri bildirib.

Share