UEFA Avropa Liqası: “Olimpiakos” – “Qarabağ” – 0:3

UEFA Avropa Liqası: “Olimpiakos” – “Qarabağ” – 0:3

07.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” – “Qarabağ” oyununda üç qol vurulub. Georgios Karaiskakis stadionunda keçirilən matçın 86-cı dəqiqəsində Azərbaycan millisinin üzvü Ramil Şeydayov fərqlənib – 3:0. Matçda əvvəlki qolları Kvabena Ovusu və Marko Veşoviç vurublar. Qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edirdi.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edib. Həmin oyunun nətiçəsinə görə Almaniya təmsilçisi öndədir – 2:0.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Share