Prezident İlham Əliyev Əlcəzairə səfərə gəlib

Prezident İlham Əliyev Əlcəzairə səfərə gəlib

01.11.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.

Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

Share