Kürdəmirdə Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub

Kürdəmirdə Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub

01.11.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Kürdəmir rayonunda Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Kürdəmir DAİM-in əməkdaşları, rayonun kənd təsərrüfatı işçiləri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. İcra başçısı Elxan İbrahimov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib.

Share