Ağır və zərərli istehsalatlarda hansı halda gəlir vergisi tutulmur?
01.11.2022Vergilər Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri gəlir vergisindən azaddır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə, tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri də gəlir vergisindən azad edilib.
Eyni zamanda, təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar da Məcəlləyə görə gəlir vergisindən azaddır. /AZƏRTAC











