Eldar iki nəfərə odlu silahdan atəş açaraq xəsarət yetirib

Eldar iki nəfərə odlu silahdan atəş açaraq xəsarət yetirib

13.11.2022 Off By Füzuli İsmayılov

Suraxanı rayon prokurorluğundan Hakimiyyet.info.az-a bildirilib ki, noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Share