Fəxrəddin Altun KİV-ləri partlayışla bağlı rəsmi məlumatlara istinad etməyə çağırıb

Fəxrəddin Altun KİV-ləri partlayışla bağlı rəsmi məlumatlara istinad etməyə çağırıb

13.11.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulun mərkəzində baş verən partlayışla bağlı KİV-ləri rəsmi məlumatlara istinad etməyə çağırıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Dövlətimizin bütün qurum və təşkilatları İstanbulda baş vermiş hadisə ilə bağlı hərtərəfli və effektiv araşdırma aparır. Biz KİV-ləri məsuliyyətli olmağa, dezinformasiya xarakterli xəbərlər yaymamağa və müvafiq dövlət orqanlarının bəyanatlarına əsaslanmağa çağırırıq”, – deyə F.Altun bildirib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb./Trend

Share