“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası

02.12.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki,“Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur. Maraqlı konsepsiya ilə tərtib olunmuş evdə ziyarətçilər üçün müxtəlif idman və əyləncəli fəaliyyətlərlə yanaşı, intellektual yarışlar, eləcə də yeni il aksesuarlarının hazırlanması və bəzədilməsi üzrə master-klasslar da ödənişsiz təşkil edilir.

Dekabrın 1-də keçirilən açılış mərasimindən sonra mini-qolf, corn hole, qol güləşi, stolüstü futbol və 3 daş oyunu ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Aktiv iştirakçılara nazirliyin müxtəlif promo hədiyyələri də təqdim edilir. Daxili tərtibatda yer alan fəaliyyətlər mütəmadi olaraq dəyişiləcək və ziyarətçilərin marağını cəlb etmək üçün əlavə yeniliklər olacaq. Növbəti günlərdə müxtəlif idman növləri üzrə təbliğat xarakterli nümayişlər, eləcə də robot şouları həyata keçiriləcək.

Yanvarın 15-dək, hər gün saat 11.00-23.00 arası hamını nümayiş köşkümüzdə gözləyirik.

Share