MXP SƏDRİ BAKIDAKI TIXACLARLA BAĞLI BAKI MERİNƏ MÜRACİƏT ÜNVANLADI

MXP SƏDRİ BAKIDAKI TIXACLARLA BAĞLI BAKI MERİNƏ MÜRACİƏT ÜNVANLADI

02.12.2022 Off By Füzuli İsmayılov

Bakı şəhər İcra Hakmiyyəti Başçısı Eldar Əzizova Müstəqil Xalq Partiyasının sədri Hacı Əflan İbrahimov tərəfindən MÜRACIƏT edilib. Müraciətdə bir sıra TƏKLIFLƏR də yer alıb.

27.12.2018-ci il 852 nömrəli 2019-2023-cü illər üçün “Yol hərəkətinin təhülkəsizliyi”nə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramı”nın 7.1.2.1.4. (əsas icraçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir) və 7.2.4.2. (əsas icraçı Bakı Nəqliyyat Agentliyidir) bəndləri bu günədək səbəbsiz icra edilməmiş qaldığından bu qurumlarla birgə iş birliyinin -“işçi qrupu” yaradılmasının icrasını optimal surətdə aşağıdakılarla təklif verməyi bu günün reallığından irəli gələn ciddi zərurət hesab edirik.

    Bakı şəhər yeraltı və yerüstü nəqliyyatda  sərnişin daşınma sahəsində dözülməz sərnişin sıxlığı artıq günün bütün vaxtlarında kəskin müşahidə olunur. Eyni zamanda, şəhərin müxtəlif ərazilərində nəqliyyat axını da küçə və yollarda tıxaclar yaratmaqda davam edir.

    Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, küçə-yollarda yaranmış tıxacların heç bir maliyyə vəsaiti sərf etmədən 30 faiz azalması məqsədi ilə ilkin təkliflərimiz aşağıdakılardır:

  • bütün təhsil qurumlarına (ali və orta təhsil müəssisələrində) 8.00; 8.30 və 9:00 saatlarından başlanan pilləli qrafik – cədvələ iş rejiminin tətbiq olunması eksperiment olunsun;
  • metro qatarları hərəkətinin interval rejimi dünya təcrübəsinə – bu sahənin standartlarına əsaslanaraq tətbiq edilsin;
  • şəhər mərkəzi – daxili avtobus maşrutlarının effektivliyi analiz olunaraq standartlaşdırılsın, bir sıra avtobus marşrutlarının uzunluğu məhdudlaşdırılsın və təkrarlanan marşrutlar ləğv edilsin;
  • avtobus marşrutlarının siyahısı komissyon qaydada təftiş olunsun;
  • avtobus dayanacaqlarının əraziləri mövcud standartlara əsasən təftiş olunsun, onlarının yerinin dəqiqliyi və ara məsafələri müəyyən edilsin, aşkarlanmış ciddi nöqsanlar aradan qaldırılsın;
  • Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə 20 yanvar və Koroğlu metro stansiyaları, şəhərlərarası avtovağzal, Binə-Sədərək ticarət Mərkəzləri ərazilərindən avtobuslar üçün şəhər nəqliyyat dövlət qurumlarına aid olan dayanacaqlar ayrılsın.
  • Metro stansiyalarının ərazilərində “taksi” dayanacaqları üçün yer ayrılsın;
  • Qeyd olunan ərailərdə başpozuq fəaliyyət göstərən nəqliyyatın dispetçer xidməti Bakı şəhər Dövlət nəqliyyat qurumlarına verilməsi və bu sahədə vahid idarəçilik mərkəzinin yaradılması mümkün hesab

Hörmətlə və səmimiyyətlə,  

Hacı Əflan İbrahimov

MXP-nın sədri

Share