İMİŞLİ SAKİNİ RAYON PROKURORUNUN KÖMƏKÇİSİNDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ

İMİŞLİ SAKİNİ RAYON PROKURORUNUN KÖMƏKÇİSİNDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ

06.12.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli Prezident!

Şikayətim İmişli rayon Prokurorunun böyük köməkçisi Orxan Abbasbəyli  barəsindədir. 25 iyul 2022-ci il tarixdən başlayaraq Sizə və digər yuxarı instansiyalara müraciətlər edib şikayətim əsasında, sabiq Bələdiyyə sədri Mirvəli Tağıyev barəsində toplanmış materialın Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən hüquqi qiymət verilməsi üçün İmişli rayon Prokurorluğuna göndərildiyini, ancaq Orxan Abbasbəylinin icraatında olan material üzrə araşdırma aparmayaraq heç bir zəruri hərəkətlər etmədiyini bildirib onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etsəmdə nəticəsi olmamışdır.

Həmçinin 25 iyul 2022-ci il tarixdə Orxan Abbasbəylinin davranış qaydalarına və etik normalara zidd olaraq mənə qarşı aqressiv hərəkətlər edərək “şikayət etmək hüququmun və haqqımın olmadığını” üstümə qışqıraraq bildirib vətəndaş hüquqlarımı kobud surətdə pozmaqla yanaşı məni infarkt olmaq həddinə çatdırdığını və həkim yardımı nəticəsində həyatımın xilas olunduğunu bildirib onun qanunazidd əməllərinə hüquqi qiymət verilməsini xahiş etsəmdə nəticəsi yoxdur. Görəsən hansı müsbət keyfiyyətlərinə görə Orxan Abbasbəyli Prokurorun böyük köməkçisi təyin olunmuşdur? Qanunların icrasına nəzarət edən O.Abbasbəyli məhz qanunları özü pozur. 

27 oktyabr 2022-ci il tarixdə rayon prokurorluğunda O.Abbasbəylidən materialın aqibəti barədə öyrənmək istəyərkən o bildirdi ki, “materalın sənə heç bir aidiyyəti yoxdur. Sən kimsən ki, gəlib material barədə məndən nə isə öyrənmək istəyirsən?” 

Çoxsaylı şikayətlərim nəticəsində nəhayət dörd ay keçdikdən sonra 24 noyabr 2022-ci il tarixdə O.Abbasbəyli izahat almaq üçün məni rayon Prokurorluğuna dəvət etdi. Mən izahatımı geniş məzmunda verəcəyimi bildirsəmdə o izahatımı qısa və yığcam şəkildə verməyimi tələb etdi. Onunla razılaşmayıb izahatımı əl ilə yazmaq üçün kağız və qələm istədim. O.Abbasbəyli məni otağından çıxararaq prokurorluğun giriş qapısında yerləşən kiçik polis otağına gətirib orada izahat yazmaq üçün yer göstərdi və beş səhifədən ibarət izahatımı yazdıqdan sonra polis otağında qəbul etsədə, izahatımda göstərdiklərim haqqında məni sual-cavab etmədi. Mən ondan, mühüm əhəmiyyət kəsb edən Qulubəyli bələdiyyəsinin mühasibindən izahat almasını xahiş etdikdə O.Abbasboyli bildirdi ki, sabiq bələdiyyə sədri Mirvəli Tağıyev mühasibdən izahat alıb mənə təqdim edib. Barəsində şikayət etdiyim şəxs, cinayət əməlləri törətmiş Mirvali Tağıyev magar conab O.Abbasbəylinin köməkçisi vəzifəsində işləyir? Axı bu fakt ciddi qanun pozuntusudur. 

Bələdiyyənin satatusu haqqında Qanuna Əsasən bələdiyyə iclasının 

səlahiyyətinə aid olan məsələlər barəsində bələdiyyə üzvləri qərar qəbul edirlər. Ancaq bütün bələdiyyə üzvləri İmişli rayon İcra Hakimiyyətinə, İmişli Regional Ədliyyə İdarəsinə verdikləri izahatlarında bildirmişlər ki, onlar bələdiyyə iclaslarında iştirak etməyiblər. Belə olan təqdirdə sabiq bələdiyyə sədri M.Tağıyev tərəfindən təkbaşına tərtib olunmuş iclas protokolları saxtadır. Saxta protokollar əsasında aparılmış bank əməliyyatları, torpaqların alqı-satqı qaydasında satılması, torpaqların icarə məqsədilə hərraca çıxarılması qanunsuzdur və cinayət tərkibi yaradır. Bu böyüklükdə faktlar cənab O.Abbasbəyli tərəfindən təhrif olunur. Əgər iclas protokolları saxtadırsa, qanunsuzdursa demək M.Tağıyevin bütün fəaliyyəti qanunsuz və tərtib etdiyi maliyyə sənədləri isə saxtadır. Niyə bu təkzibedilməz faktı cənab O.Abbasbəyli anlamır? 

Sabiq Bələdiyyə sədri Mirvəli Tağıyevin əməllərində AR CM-nin 178.2.3, 178.3.2, 179.2.3, 179.2.4, 308.1. 309.1, 313, 322.1 və digər maddələrin tərkib hissəsi vardır. Ancaq şəxsi maraqlar müqabilində onun əməllərinə hüquqi qiymət verilmir. 

Xahiş edirəm Baş Prokuror Kamran Əliyevin məni qəbul edib, prokurorun böyük köməkçisi Orxan Abbasbəylinin qanunazidd əməllərinə hüquqi qiymət verilsin və şikayətim əsasında toplanmış material İmişli rayon Prokurorluğundan alınaraq baxılması üçün Baş Prokurorluğun müvafiq İdarəsinə tapşırılsın. 

Nağıyev Qalib 

İmişli rayonu Qulubəyli kəndi

Share