DSX-nin Akademiyasında baş verən yanğın lokallaşdırılıb, Elçin Quliyev hadisə yerində…

DSX-nin Akademiyasında baş verən yanğın lokallaşdırılıb, Elçin Quliyev hadisə yerində…

06.12.2022 Off By Füzuli İsmayılov

Dövlət Sərhəd Xidməti (DSX) qurumun akademiyasında baş verən yanğınla bağlı məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir ki, dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş vermişdir. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülmüş, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanmışdır.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılmışdır.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir./Trend

Share