İKİ DƏLƏDUZ QADININ QURBANINA ÇEVRİLMİŞİK- Redaksiyaya oxucu MÜRACİƏTİ

06.12.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə 

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Əli Nağıyevə 

Bakı şəhəri, Səbail rayonunda yaşayan Şükürov Azad Sadiq oğlu tərəfindən 

Mobil 070 2136613

                                                     M Ü R A C İ Ə T 

Hörmətli Prezident, Cənab Ali Baş Komandan! 

Mən və ailə üzvlərimiz artıq bir neçə ildir ki, iki dələduz qadının qurbanına çevrilmişik. 2020-ci ilin dekabrın 18-də işədüzəltmə adı ilə Quba rayonu, Hacıhüseynli kəndində qeydyyatda olan, Bakıda Keşlə qəsəbəsində yaşayan Süleymanova(Alxasova) Sabrina Cavidovna və onun sayəsində tanış olduğum, özünü sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin baldızı kimi təqdim edən, Bakı şəhəri, Xətai rayonu, Əliyev küçəsi 4-də (inzibati bina) qeydiyyatda olan  Quliyeva Laləzər Rəhmanova 12000 (on iki min) manat pulumu aldadaraq almış, verdikləri vədi yerinə yetirməmiş, etibarımdan sui-istifadə edərək mənə qarşı dələduzluq etməklə əmlakımı mənimsəmişlər. Bu qadınların hər ikisi əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Ancaq mənim hüquq-mühafizə orqanlarına müraciətlərim nədənsə araşdılmır, pulumun geri qaytarılması üçün heç bir istintaq hərəkətləri həyata keçirilmir.  

Cənab Prezident! Mən veteran idmançı, Bədən Tərbiyəsi Akademiyasının məzunu, idman ustasıyam. Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Sənayesi naziri Mədət Quliyevlə Əməkdar məşqçi Tərlan Həsənovun rəhbərliyi ilə məşqlər etmişik. Milli Təhlükəsizlik Nazirliyinin döyüş idman növləri üzrə baş məşqçisi, əməkdar məşqçi Mirəli Seyidovla həmkar olmuşuq. YAP üzvüyəm, atam Şükürov Sadiq Cəfər öğlu filologiya elmləri doktoru, professor olub. Dünya şöhrətli ictimai-siyasi xadim, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dörd müsahibə”(1995), “Tarix tarixdir”(1996), “Millət atası”(2000) və “Ata və oğul”(2002) və s. kitabların müəllifidir. Ailəmiz dövlətə və hakimiyyətə sadiq olanlarıq. Ancaq düşdüyümüz vəziyyətdə hüquq-mühafizə orqanları bu qadınların hərəkətinə düzgün qiymət vermir, mənim əzab-əziyyətlə əldə etdiyim pulları onların dələduzluqla mənimsəməsinə şərait yaradırlar. 

Təhsil sahəsində müəllimə işləyən Süleymanova Sabrina Cavidovna və onun rəfiqəsi, çirkli işləri birgə gördüyü Quliyeva Laləzər Rəhmanovadan pulumu istəyəndə mənə Qusardakı qohumları və separatçı “Sadval”ın üzvü olan əmisinin, Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan qardaşı Fəridin vasitəsilə hədə-qorxu gəlir, öldürtdürəcəklərini deyirlər.  Maraqlı burasındadır ki, hüquq-mühafizə orqanlarına bu barədə etdiyim müraciətlər nəticəsiz qalır. Bu səbəbdən mətbuat vasitəsiylə Sizə və hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qaldım.  

Xahiş edirəm müraciətimin araşdırılaraq tədbir görülməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. 

Sizə dərin hörmət və məhəbbətlə,  

Veteran idmançı Azad Şükürov  

Share