GƏDƏBƏYDƏ ƏR ARVADINI BALTALAYARAQ ÖLDÜRÜB

GƏDƏBƏYDƏ ƏR ARVADINI BALTALAYARAQ ÖLDÜRÜB

06.12.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilmişdir ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar

Share