Bakıda qar yağacaq

06.12.2022 Off By Füzuli İsmayılov

Azərbaycanın bəzi yerlərinə 9 -11 santimetr qar yağıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır.

“Bəzi yerlərdə yağış, dağlıq ərazilərə isə qar yağıb. Dekabrın 5-i gün ərzində, 6-sı və 7-sində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında arabir yağıntı, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq.

Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağışın intensivləşəcəyi ehtimal olunur. Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 3-8 dərəcə şaxta olacaq”,- G. Məmmədova deyib.

Share