Düşmən minası yenə can alır

Düşmən minası yenə can alır

14.12.2022 Off By Füzuli İsmayılov

Müdafiə Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.
Hər üç hərbçimizin həyati təhlükəsi yoxdur.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Share