Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

14.12.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 86 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə 2022-ci il dekabrın 5-dən 13-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarına əsasən artırılaraq 57 ştat vahidi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun «İşin Təşkili Qaydaları»na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 57 namizəd 15 dekabr 2022-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Müvəffəqiyyət əldə etmiş namizədlərdən 6 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılmış Vətən Müharibəsinin iştirakçısı olmaqla müxtəlif medallarla təltif edilmişdir.

 Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin

nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin

S İ Y A H I S I

 Abbaslı Elman Semur oğlu
 Adgözəlzadə Aytac İlqar qızı
 Axundov Tamerlan Natiq oğlu
 Babayev Əliəkbər Rəfail oğlu
 Babayev Orxan Ülfan oğlu
 Bayramov Murad Nazim oğlu
 Bədəlov Murad İntiqam oğlu
 Cəlallı Əli Babək oğlu
 Dadaşov Kənan İlqar oğlu
 Dadaşzadə Ləman Gəncalı qızı
 Eyvazov Pünhan İkram oğlu
 Eyyubzadə Eldəniz Saleh oğlu
 Əhmədov Ayxan Maksim oğlu
 Əhmədov Mir-Abbas Əhməd oğlu
 Ələkbərova Leyla Yaqub qızı
 Əlişzadə Kənan Şəmşir oğlu
 Əliyev Cavid Kamal oğlu
 Əliyev Şakir Firudin oğlu
 Əliyeva Şəfiqə Nadir qızı
 Əlizadə Leyla Taleh qızı
 Əşrəfova Xanım Faiq qızı
 Fətaliyev Nüsrət Ədalət oğlu
 Hacıyev Əli Nazim oğlu
 Hacıyeva Aytən Rafiq qızı
 Heydərov Vüqar Roman oğlu
 Həsənli Tural Vasif oğlu
 Həsənov Rəvan Vasif oğlu
 Həsənov Toğrul Həbib oğlu
 Həsənov Vüsal Əhməd oğlu
 Həşimov Şahmar Etibar oğlu
 Hüseynli Məhəmmədəli Sahib oğlu
 Hüseynli Nərgiz Mövsüm qızı
 Hüseynov Tabir İlham oğlu
 Hüseynova Ceyran Musa qızı
 Xəlilli Tural Vasif oğlu
 Kərimli Nərmin Vəli qızı
 Məhərrəmzadə Murad Elçin oğlu
 Məmmədov Əli Fərhad oğlu
 Məsimov Elşən Kazım oğlu
 Muxtarov Dəyanət Feruz oğlu
 Musazadə Əsab Nizami oğlu
 Rizvanov Ərziman Mahir oğlu
 Rzayev Nazim Habil oğlu
 Seyidov Xəlil Əziz oğlu
 Səmədli Gülüş Zaur qızı
 Soltanov Hikmət Nazim oğlu
 Süleymanlı Xaqani Aydın oğlu
 Şıxəliyev Rafiq Maqsud oğlu
 Şükürov Fəqan Nofəl oğlu
 Tağıyev Rəfael Əli oğlu
 Tapdıqlı Nərmin Vasif qızı
 Tarverdiyev Tural Mehti oğlu
 Vəliyev Nurlan Nəsib oğlu
 Vəlizadə Emil Sabir oğlu
 Yunusov Kamran Eldar oğlu
 Yusifli Murad Abdulla oğlu
 Yusifli Səməd Elxan oğlu
Share