“TRONIQ” ŞİRKƏTİ PREZİDENTİ TƏBRİK ETDİ

“TRONIQ” ŞİRKƏTİ PREZİDENTİ TƏBRİK ETDİ

23.12.2022 Off By Füzuli İsmayılov
Troniq - LOGOs

Hörmətli cənab Prezident!

Artıq formalaşmış iqtisadi sahələrin inkişafı avtomatlaşdırılmış bilik yaradılması prosesi, “İnternet nəzarəti”, uzaq məsafəli idarəetmə texnologiyaları, süni intellekt və robotlaşdırma qlobal flaqmanlar kimi mövqelərimizi dünyada möhkəmləndirməkdədir. Azərbaycanda həm dövlət, həm də özəl sektorda idarəetmə bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşmaqdadır. Bu sahədə yürütdüyünüz siyasət daha qabaqcıl texnologiya və insan kapitalına yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal meyllərə uyğun
şəkildə yeni texnologiyaların inkişafına töhfə verməkdədir. Bizim kollektivimizin müasirləşməkdə olan texnologiyamıza Sizin dəstəyiniz bir daha hər birimizi bütün zehni əməyimizi Azərbaycan üçün sərf etməyə ruhlandırır. Var olun ki, Sizdən Azərbaycan elminə, nano texnologiyasına belə dəstək var.

Bir daha doğum günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Hörmətlə, Anar Nəbiyev
“TRONIQ” MMC -nin Baş direktoru

Share