SİZ ÖLKƏDƏ TƏKMİLLƏŞMİŞ İSLAHATLARIN MÜƏLLİFİSİNİZ!
23.12.2022Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan!
Bu xoş gündə Sizin rəhbərliyiniz altında ölkəmizdə yeni iqtisadi reallıqların milli iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək, xarici və daxili balansı korreksiya etməklə makroiqtisadi sabitliyi qorumaq Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olmuşdur. Bu istiqamətdə Sizin rəhbərliyinizlə aparılan peşəkar islahatların əhatə dairəsi daha da genişləndirilmiş, həmçinin iqtisadiyyatın dövlət tənzimlənməsi, təkmilləşdirilməsi istiqamətində səmərəli addımlar atılmışdır. Aparılan islahatların təsiri indiki qlobal mühitdə öz bəhrəsini ölkəmizdə verməkdədir.
“Yol hərəkətinin təhülkəsizliyi”nə dair 27 dekabr 2018-ci il tarixli 852 nömrəli imzaladığınız Sərəncamla 2019-2023-cü illər üçün təsdiq edilmiş “Dövlət Proqramı”nın, həmçinin ölkədə “Şəffaflığın artırılması haqqında” Sərəncamınız qabaqcıl dövlətlərin yol hərəkəti iştirakçılarının
təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən, müasir dünya təcrübəsinə söykənən milli proqramdır. Sizin bu sahəyə göstərdiyiniz diqqət bir daha ölkə rəhbəri kimi bütün qlobal problemlərin, cəmiyyətdə insan resurslarına verdiyiniz yüksək qiymətdən bəhrələnir. Uzun illər bu sahənin mütəxəssisi kimi Sərəncamın nə qədər önəmli və vacib bir məsələ olduğunu dərk edirik. Sizə ölkənin hər bir sahədə inkişafına və təkmilləşməsinə göstərdiyiniz xidmətlərə görə minnətdarıq.
Sizi doğum günü münasibətilə təbrik edir, cansağlığı arzulayırıq!
Hörmətlə, Süleyman Hacı oğlu Rəhmanov,
“Yol Hərəkətinin Təhlükəsizliyi”nin təmin edilməsi üçün fəaliyyətdə olan nəqliyyat sahəsi üzrə Müstəqil Ekspertlər Qrupunun rəhbəri, Daxili İşlər Nazirliyinin təqaüddə olan polis zabiti











